23 avqust 2021 18:18
2199

“SOCAR Polymer”in Yay Təcrübə Proqramının qalibləri müəyyənləşib

“SOCAR Polymer” şirkətinin elan etdiyi Yay Təcrübə Proqramının (YTP) qalibləri müəyyənləşib.

“İki sahil” xəbər verir ki,  şirkətdən bildirilib ki, müsabiqənin qalibi olan 32 gənc təcrübəçi 8 həftə ərzində “SOCAR Polymer” kollektivinin bir üzvü olacaq. Növbəti 2 ay ərzində gənc təcrübəçilər müasir neft-kimya müəssisəsində peşəkar mütəxəssislər qrupuna qoşularaq yeni bilik və bacarıqlara yiyələnəcək, ali məktəbdə öyrəndikləri bilikləri real sənaye sahəsində və ofisdə tətbiq edəcəklər.

Qeyd edək ki, YTP-na qoşulmaq istəyən 1565 nəfərdən yalnız 32 gənc müsabiqənin hər iki turunda uğur qazanıb.