Sentyabrın 17-də SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinində "20 Sentyabr Neftçilər Günü" Tədbirlər Proqramı çərçivəsində hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara və digər xəstəliklər səbəbindən qana ehtiyac duyan insanlara dəstək məqsədilə növbəti qanvermə aksiyası keçirilmişdir.
“İki sahil” xəbər verir ki, qanvermə B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqadası tərəfindən aparılmışdır. "COVİD-19" pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xüsusi karantin qaydalarının bütün tələblərinə uyğun şəkildə təşkil edilmiş aksiyada 150 nəfər qan vermişdir.
Xatırladaq ki, SOCAR-ın çoxminli kollektivi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışı ilə “Talassemiyasız həyat naminə” talasemiyalı uşaqlara yardım proqramına 2009-cu ildən qoşulmuşdur. Bu günə qədər 36445 nəfər SOCAR əməkdaşı donorluq edərək talassemiyalı uşaqlara köməklik məqsədi ilə qanvermə aksiyasında iştirak etmişdir. 2020-2021-ci ildə SOCAR əməkdaşlarından 2272 nəfəri qanvermə aksiyasında iştirak etmişdir.