20 sentyabr 2021 16:01
1639

“Kompleks Qazma İşləri” Trestində Neftçilər Günü qeyd edilib - FOTO

Sentyabrın 20-də SOCAR-ın “Kompleks Qazma İşləri” Trestində Neftçilər Günü peşə bayramı münasibəti ilə tədbir keçirilib.

İlk olaraq “Əsrin müqavilə”sinin müəllifi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Trsestdəki büstü qarşısına qızılgüllər düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.

Sonra tədbir iclas zalında davam etdirilib.

Trestin Həmkarlar İttifaqının sədri Əzizağa Əhmədov, baş mühəndis Aydın Sayılov, müdir müavinləri Saday Allahverdiyev və Faiq Hüseynov çıxış edərək “Əsrin müqaviləsi”nin imzalanmasından, ümummilli liderimiz Heydər Əliyevin neft sənayesinin inkişafındakı müsilsiz xidmətlərindən, qəhrəman neftçilərimizin əməyindən, “Kompleks Qazma İşləri” Tresinin fəaliyyətindən danışıblar, nefçilərə bayram təbriklərini çatdırıblar.

Məlumat verilib ki, SOCAR prezidenti Rövnəq Abdullayevin müvafiq əmrləri ilə, Neftçilər Günü münasibəti ilə Trestin 3 əməkdaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanı, 6 əməkdaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Fəxri neftçi” döş nişanı ilə təltif ediliblər.

Sonra Trest rəhbərliyi əməkdə fərqlənmiş qazmaçılara Neft və Qaz Sənayesi Həmkarlar İttifaqının Respullika Komitəsinin Fəxri fərmanları, KQİT-nin “Təşəkkürnamə”ləri təqdim ediblər.

Sonda “Kompleks Qazma İşləri” Trestinin kollektivi və rəhbərliyi   Şəhidlər xiyabanına gələrək şəhidlərimizin məzarlarını ziyarət edib, onların məzarları üzərinə tər güllər düzüb, ruhlarına dualar oxuyublar.

Orxan Vahidoğlu, “İki sahil”