24 sentyabr 2021 15:12
1962

“Azəriqaz" İB-nin rəhbər şəxsləri onlayn vətəndaş qəbulu keçirib - FOTO

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Kürdəmir rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Göyçay rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov isə Ucar rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.

“İki sahil” xəbər verir ki, qəbulda qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər ünvanlanıb. Qaldırılan məsələlərin həllinə dair baş direktor və müavinləri Ağsu Regional qaz istismarı İdarəsinin məsul əməkdaşlarına vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlarını veriblər.