10 noyabr 2021 12:10
1025

"Azəriqaz" İB Quba sahibkarlarının problemini dinləyəcək

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Quba rayonunda təşkil olunacaq.

“İki sahil” xəbər verir ki, "Azəriqaz" İB-nin rəhbər şəxsləri rayonun Timiryazev qəsəbəsində (Müalice Diaqnistika Mərkəzinin qarşısı, Gənclər parkı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” noyabrın 11-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.