Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib
"Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib, açıq səthlərdə aparılan işlər dayandırılıb".
“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, artıq 70 nəfər SOCAR əməkdaşı təxliyə olunub.
Xatırladaq ki, havanın kəskin dəyişməsi haqqında xəbərdarlıq edilib. Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u günün ikinci yarısından 12-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.