SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Yevlax rayonunda təşkil olunacaq.
“İki sahil” xəbər verir ki, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Yevlax rayonu, Heydər Əliyev prospektində (Yevlax Rayon İcra Hakimiyyətinin yanı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” noyabrın 25-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.