29 noyabr 2021 10:43
852

SOCAR-ın neft emalı zavodunda hidrogen istehsal olunacaq

Azərbaycanda 2022-ci ilin ortasında "Avro-5" dizel yanacağı, 2023-cü ilin ortalarında isə "Avro-5" benzin istehsal edilməsi planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bunu "SOCAR Downstream" şirkətinin baş direktorunun müavini, layihə rəhbəri Emil Alxaslı bildirib.

Onun sözlərinə görə, layihənin 2023-cü ilin dördüncü rübündə yekunlaşması nəzərdə tutulur.

E. Alxaslı bildirib ki, layihənin hazırkı mərhələsi üzrə ümumi irəliləyiş 85 %-dən yuxarıdır: "Növbəti addım olaraq digər köməkçi qurğuların - yeni hidrogen istehsalı qurğusu, hidrogen zənginləşdirmə qurğusu, turş suların təmizlənməsi qurğusu, kükürd istehsalı qurğusu, son olaraq dizelin hidrotəmizlənmə qurğusu işə salındıqdan sonra 2022-ci ilin ortalarında "Avro-5" dizelin istehsalına başlanılacaq".