29 noyabr 2021 10:50
798

Neft emalı zavodunda yeni buxar sisteminin işə salınmasının vaxtı açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodunun Modernizasiya və yenidənqurma layihəsi çərçivəsində istismara hazırlıq işləri üzrə yeni buxar sistemini işə salınması yekunlamaq üzrədir.

“İki sahil” xəbər verir ki, bunu "SOCAR Downstream" şirkətinin baş direktorunun müavini, layihə rəhbəri Emil Alxaslı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu sistem 2022-ci ilin yanvar ayında işə salınacaq.

O bildirib ki, sistemin buxarla təmizlənməsinə başlanılacaq, borular yuyulacaq, bu zaman yüksək səs dalğalarının ətrafa yayılması gözlənilir.