Son beş ildə "Petkim" neft-kimya kompleksinin EBITDA (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) üzrə orta illik göstəricisi 380 milyon dollar təşkil edib.
"İki sahil" xəbər verir ki, bunu "SOCAR Türkiyə" Neft Emalı və Neft Kimya İş Birliyinin və Petkimin baş icracı direktoru Anar Məmmədov Azərbaycan media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.
A.Məmmədov bildirib ki, 2016-cı ilə qədər isə bu göstərici 90 milyon dollar təşkil edirdi.
O bildirib ki, son 5 ildə əlavə dəyər yaratmaqla Petkim-in EBITDA göstəriciləri bir neçə dəfə artdı: “Biz bu göstəriciyə az investisiya yatırtmaqla nail olduq, yəni biz kiçik investisiya ilə böyük dəyər yaratdıq."