01 dekabr 2021 16:03
1119

Azərbaycan neftinin "Star"da emalı səmərəli olmaz - Çünki...Baş direktor açıqladı

Star Neft Emalı Zavodu (NEZ) 28 fərqli növ xam neftin testini edib və bu neft məhsullarını emal etmək qabiliyyətinə malikdir.

"İki sahil" xəbər verir ki, bunu SOCAR Türkiyə Neft Emalı və Neft Kimya İş Birliyinin və Petkimin Baş direktoru Azərbaycan media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, bu gün zavod Qazaxıstandan, Rusiyadan, Norveçdən, Tunisdən, Mərakeşdən və Aralıq dənizi ölkələrindən neft alır.

A.Məmmədiv bildirib ki, bu ölkələr arasında ilk üçlük Norveç, Rusiya və Qazaxıstandır. 

Azərbaycan neftinin Star NEZ-də emalına gəlincə, A.Məmmədov bildirib ki, Azərbaycan nefti bahalı, keyfiyyətli, yüngül neftdir: “Azərbaycan neftinin yüksək keyfiyyətinə görə daha böyük müştəriləri var. Bu baxımdan Azərbaycan neftinin STAR zavodunda emalı çox səmərəli olmaz."