"Pandemiya dövründə Petkimin fasiləsiz və müvəffəqiyyətli istehsalını davam etdirə bilməsindəki ən əhəmmiyyətli amil "Star" Neft Emalı Zavodu (NEZ) ilə bir-birinə inteqrasiya olunmuş fəaliyyətidir.
"İki sahil" xəbər verir ki, bunu "SOCAR Türkiyə" Neft Emalı və Neft Kimya İş Birliyinin və Petkim-in baş icracı direktoru Anar Məmmədov deyib.
A.Məmmədov qeyd edib ki, dünyadakı ticarətin yavaşladığı bir dövrdə Petkim ehtiyacı olan əsas xammalı olan naftanı "Star" Neft Emalı Zavodundan fasiləsiz və yüksək keyfiyyətli tədarük etməyə davam edə bildi: "Bu şəkildə yüksək tutumu ilə fasiləsiz istehsalına davam etdi.
Petkim Türkiyənin pandemiya dövründə hər vaxt olduğundan daha çox ehtiyacı olan tibbi vəsait üçün xammal istehsalına istiqamətləndi və səhiyyə sektoruna əhəmiyyətli dərəcədə töhfə verdi."
İcraçı direktor əlavə edib ki, pandemiyaya və portföyündəki məhsulların qiymətlərinin aşağı düşməsinə baxmayaraq, Petkim 2020-ci ildə əməliyyat gəlirliliyini 21% artıraraq 1.9 milyard TL -ə çatdırdı: "Pandemiya dövründə daxili bazara önəm verən Petkim-in 2019 -cu ildə 60% olan daxili satış payı 2020 -ci ildə 67% -ə yüksəldi. Xalis mənfəət isə 14% artaraq 1.1 milyard TL-ə çatdı."