02 dekabr 2021 10:57
861

“Azəriqaz” media mənsubları üçün “Açıq qapı” aksiyası keçirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 3 dekabr saat 11:00-da başlayacaq.

“Azəriqaz”dan "İki sahil"ə verilən məlumatda bildirilir ki, bütün media mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu bu tədbirə dəvətlidir