02 dekabr 2021 14:19
1050

“SOCAR Petroleum”un  baş direktoru dəyişib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan “SOCAR Petroleum” QSC-yə yeni baş direktoru təyin edilib.

“İki sahil” xəbər verir ki, bu vəzifə Rövşən İmran oğlu Həsənova həvalə edilib. O, bu vəzifədə Toğrul Cavad oğlu Seyidovu əvəzləyib.

Faktı “Report”a “SOCAR Petroleum” QSC-dən təsdiqləyiblər.

Qeyd edək ki, Rövşən Həsənov “Azərneftyağ” Neft Emalı Zavodunun direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, “SOCAR Petroleum” QSC Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısının təşkil edilməsi və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 2008-ci ildə təsis edilib.

Şirkətin ilk yanacaqdoldurma məntəqəsi 2010-cu ilin mayın 7-də açılıb. Şirkətin 39 yanacaqdoldurma məntəqəsi və 11 neft məhsullarının saxlama terminalı, 1 sıxlaşdırılmış təbii qaz terminalı və 9 CNG stansiyası fəaliyyət göstərir. "SOCAR Petroleum"da 2 000 nəfərdən çox işçi çalışır.