“Petkim” Ege İxracatçı Birlikləri tərəfindən təşkil edilən “İxracatın Ulduzları” Mükafat Mərasimində kimya sənayesində birinci, bütün sektorlarda isə ikinci oldu.
“İki sahil” xəbər verir ki, SOCAR bununla bağlı paylaşım edib.
Paylaşımda qeyd olunub ki, bu mühüm mükafat SOCAR-ı Türkiyədə təmsil edən “SOCAR Türkiyə” Neft Emalı və Neft-Kimya İş Birliyinin Əməliyyatlar üzrə vitse-prezidenti Haluk Urula təqdim edilib.