Azərbaycan neftçiləri, adını Azərbaycan xalqının qəlbinə və tarixin ən şərəfli səhifəsinə əməlləri ilə həkk etmiş böyük lider, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini sevgi və böyük ehtiramla yad edir.
"İki sahil" xəbər verir ki, bu fikirkər SOCAR-ın Ümummilli Liderin anım günü ilə bağlı "Telegram" səhifəsində edilən paylaşımında qeyd olunur.
Paylaşımda bildirilib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu olan ümummilli lider Heydər Əliyev hər zaman çıxışlarında – “Borcumuz odur ki, Azərbaycan müstəqil bir dövlət kimi inkişaf etsin, daha da qüdrətlənsin. Azərbaycanın müstəqilliyi hər bir vətəndaşımız üçün xoşbəxtlik gətirsin” - fikrini vurğulayırdı.
Ruhunuz şad olsun, Ulu Öndər!