14 dekabr 2021 16:44
1047

SOCAR Ukraynada növbəti yardım aksiyası həyata keçirib

“SOCAR Energy Ukraine” şirkəti Ukraynada koronavirusa qarşı mübarizə üçün növbəti yardım aksiyası həyata keçirib.

“İki sahil” xəbər verir ki, SOCAR bu məqsədlə Dneprdəki 6 saylı xəstəxananın həkimləri üçün 500 qoruyucu kostyum bağışlayıb. Bundan başqa Xarkovdakı 17 saylı Şəhər Kliniki Xəstəxanasına da eyni sayda qoruyucu kostyum hədiyyə edilib.

Qeyd edək ki, bundan əvvəl pandemiya dövründə SOCAR Ukraynanın Səhiyyə Nazirliyinə 10 min litr yanacaq hədiyyə edib. Həmçinin qoruyucu geyimləri Lvov, Odessa, Kiyev və Ternopil vilayətlərinin regional xəstəxanalarına təhvil verib. SOCAR Ukraynada həkimlər üçün müasir 3D texnologiyalı qoruyucu monitorun istehsalında yerli şirkətə maliyyə yardımı edib.