20 dekabr 2021 14:17
2387

Rövnəq Abdullayev: SOCAR əməkdaşlarının maaşları artırılacaq

Dövlət Neft şirkətinin (SOCAR) əməkdaşlarının əməkhaqqı artırılacaq.

“İki sahil” xəbər verir ki, bunu "Report"a eksklüziv açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

"Bizdə maaşlar minimum əməkhaqqının artırılmasına uyğun artırılır. Gələn ildən SOCAR-da maaşlarda yəqin ki, artım olacaq", - o qeyd edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən həftə imzaladığı sərəncama əsasən, gələn il yanvarın 1-dən Azərbaycanda minimum əmək haqqı 50 manat və yaxud 20% artırılaraq 250 manatdan 300 manata çatdırılıb.