"Bu il bizim media ilə birgə fəaliyyətimiz uğurlu nəticələrə gətirib çıxarıb. Fərqi yoxdur bizimlə hansı formada çalışıblar, ya bizi tənqidi formada işıqlandırıblar və yaxud da bizim işlərimizi piyar kimi özləri nümayiş etdirib. Bizim üçün bu fərq etmir, önəmi ondan ibarətdir ki, medianın bu gün “Azəriqaz” İstehsalat Birliyinə marağı var və qurumda baş verən hadisələri onlar ictimailəşdirirlər".
“İki sahil” xəbər verir ki, bu fikirləri SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı öncəsi media nümayəndələri ilə görüşdə bildirib.
Baş direktor bildirib ki, İstehsalat Birliyi KİV nümayəndələri üçün xəbər əlçatanlılığını təmin etməyi də daim diqqət mərkəzində saxlayıb. Bunun üçün bir çox sosial tədbirlərdə həyata keçirilib və bu, indi də davam edir.
Daha sonra İstehsalat Birliyinin fəaliyyətinin geniş auditoriyaya çatdırılması, işıqlandırılması istiqamətində gördüyü işlərə görə bir sıra media qurumlarını qurumun rəhbəri diplom və hədiyyə ilə mükafatlandırıb.
R. Əliyev şərəfli peşənin nümayəndələrinə işlərində yaradıcılıq uğurları arzulayıb. Baş direktor qaz təchizatı ilə bağlı yarana biləcək sualların birbaşa istehalat B -nin rəhbərliyinin cavablandırması üçün bütün şərait yaratdığını qeyd edərək KİV nümayəndələrini keçirilən görüşlərdə aktiv iştirak etməyə çağırıb.
«Azəriqaz» İB-in mükafat və diplomla təltif etdiyi media qurumlarının arasında «İki sahil»in şöbə müdir Elçin Zaman da var.