Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov rektor Anatoli Torkunovun və “Moskva-Bakı” nəşrinin təşəbbüsü ilə “MDBMİ-nin (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun) azərbaycanlı məzunları” layihəsinin üçüncü buraxılışının qonağı olub.
“İki sahil” xəbər verir ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun azərbaycanlı məzunu geniş video müsahibədə universitetdə keçdiyi illərlə bağlı xatirələrini bölüşüb.