06 yanvar 2022 18:02
966

BTC boru kəməri ilə Qazaxıstandan neft nəqli davam etdirilir

Hazırda Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qazaxıstandan neft nəqli davam etdirilir.

Bu barədə "İki sahil"ə açıqlamasında SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

İ.Əhmədov bildirib ki, ildə orta hesabla 100 min tona yaxın Qazaxıstan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunur.

Qeyd edək ki, uzunluğu 1768 kilometr olan Bakı-Tbilisi-Ceyhan boru kəməri 2006-cı ilin iyun ayında istismara verilib. Ötən ilin dekabrın 12-dək boru kəməri ilə 500 milyon ton neft nəql edilib.