"Sənaye torpaqlarında salınan yaşayış məntəqələrinin qazlaşması hazırda sual altındadır".
“İki sahil” xəbər verir ki, bunu “Azəriqaz” İB-nin yeni qazlaşma və inkişaf şöbəsinin rəhbəri Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu ərazilərin qazlaşması ilə bağlı hökumətin müvafiq qərarı olmalıdır.
T. Cəfərov onu da əlavə edib ki, digər yeni salınmış yaşayış məntəqələrinin qazlaşması prosesi davam edir və planlı şəkildə tədricən aparılır.