07 yanvar 2022 11:48
1230

"Azəriqaz": Qaz tarifi limitlərinin sıfırlanması ilə bağlı 144 min müraciət daxil olub

Sonradan ödənişli sayğaclarda (mexaniki sayğaclar) tarif limitlərinin sıfırlanması ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin 104 çağrı mərkəzinə abonentlər tərəfindən 144 min sayğac şəkli göndərilib.

“İki sahil” xəbər verir ki, bunu İB-nin “104 Operativ Xidmət” şöbəsinin rəisi Xalidə Şimşək "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, qəbul olunan şəkillərin 30%-i oxumaq üçün yararlı olub.

"Bu 30%-in 85-90%-i artıq emal olunub və bazaya yerləşdirilib", - deyə X. Şimşək qeyd edib.

Qeyd olundu ki, hazırda respublika üzrə 1,5 milyona yaxın mexaniki sayğaclarla təmin olunub, onun da 370 mini Bakı və Abşeronun payına düşür.