İşğaldan azad edilmiş Qarabağ torpaqlarında ekoloji araşdırmalara SOCAR-ın gənc ekoloqları da qoşulub.
“İki sahil” xəbər verir ki, SOCAR bununla bağlı "Facebook" səhifəsində paylaşım edib.
Paylaşımda qeyd olunur ki, IDEA İB-nin təşəbbüsü ilə həyata keçirilən “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” layihəsinə qoşulan gənc ekoloqlarımız Qarabağa (Şuşa, Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd, Zəngilan və Ağdam rayonlarına) səfər ediblər. Səfər zamanı bu ərazilərin radiasiya fonu və hava keyfiyyəti üzrə ölçmə işləri aparılıb, su və torpaq nümunələri götürülüb. Ekoloji araşdırma nəticələri 1989-1993-cü illərin məlumatları ilə müqayisə olunacaq. Qiymətləndirmə nəticələri isə "Twitter" üzərindən kampaniya ilə dünya ictimaiyyətinə "Qarabağı qoru" həştəqi ilə çatdırılacaq.