12 yanvar 2022 17:12
1187

Baş direktor magistrantları qəbul etdi - FOTO

"Azəriqaz" İstehsalat Birliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında bağlanmış müqaviləyə əsasən Universitetin Biznesin iqtisadiyyatı və menecment kafedrasında "Dayanıqlı şəhərsalma və regionların planlaşdırılması" proqramı üzrə magistratura pilləsində təhsil alan Vəliyev Kamran və Əlizadə Əlibəy magistr dissertasiyasına rəhbərlik üçün Birliyə göndəriliblər.

“İki sahil” xəbər verir ki, Birliyin baş direktoru Ruslan Əliyev magistrantlarla görüşüb, onların təhsil istiqamətləri üzrə tədqiqat aparmaq istədikləri sahələrlə maraqlanıb, dissertasiya mövzusunu müəyyənləşdirmək üçün öz tapşırıq və tövsiyələrini verib. Görüşdə həmçinin Birliyin İnsan Resursları Departamentinin rəisi Xəqani Bəşirov, Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov da iştirak edib.