15 yanvar 2022 16:48
778

Ötən il üzrə 83 min 330 yeni abonent qeydə alınıb

Cari ilin yanvarın 1-nə olan məlumata görə, “Azəriqaz” İstehsalat Birliyinin 2 milyon 442 min 30 abunəçisi var. Ötən il üzrə 83 min 330 yeni abonent qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

R.Əliyev bildirib ki, bunlardan 80 min 567-si əhali abonentlərinin, 2763-ü qeyri-əhali abonentlərinin payına düşüb.