SOCAR neftlə bağlı sosial şəbəkədə paylaşım edib.
"İki sahil" xəbər verir ki, SOCAR-ın paylaşımında qeyd olunur ki, XIX əsrin ikinci yarısında neft hasilatının sürətli inkişafı neftin saxlanması və daşınması üçün qabların kəskin çatışmazlığına səbəb olmuşdu: "Neftin qiymətini 1 çəlləyə görə təyin etmək əlverişli olduğundan, müxtəlif ölçülü qablardan istifadə alıcılarda böyük narahatlıq yaradırdı. 1866-cı ildə Amerikanın müstəqil neft sənayeçiləri bir araya gələrək, neftin istehlakçılara çatdırılması üçün standart qablardan istifadə məsələsini müzakirə etdilər. Qərara alındı ki, 1 barrel neft - 159 litr neft deməkdir. Bəs 1 barrel neftdən nə istehsal etmək olar?”
Bu suala cavab SOCAR-ın “bilirsinizmi” rubrikasında verilib.