“Azərbaycanın neft sənayesində qazma işi ilə məşğul olan qabaqcıl bir qurumda çalışmaq və quyuların yeni standartlara uyğun qazılıb vaxtından əvvəl sifarişçiyə təhvil verilməsində yaxından iştirakı, ən əsası isə maraqlı kollektiv və təhlükəsiz iş şəraiti onu bu komandaya bağlayıb.”
“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın sosial şəbəkədə paylaşımında “SOCAR-AQŞ”nin Dənizdə texniki xidmət qrupunun rəhbəri İlqar Şirəliyev bildirib.
Paylaşımda qeyd olunur ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olan həmkarımız öz bilik və bacarıqlarını təcrübədə tətbiq edərək, ölkənin neft sənayesinə töhvə verir: “İlqar qazma əməliyyatları zamanı texniki xidmət heyətinə dəstək göstərir, avadanlıqların davamlı işlənməsinin təmin edilməsi kimi vacib öhdəlikləri yerinə yetirir.”