07 fevral 2022 16:55
781

"Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası Şamaxıda keçiriləcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Şamaxı rayonu, Zarat Xeybəri kəndində keçiriləcək.

“İki sahil” “Azəriqaz”a istinadən xəbər verir ki, sosial problemlərin kompleks həllinə nail olmaq məqsədilə aksiya "Azərişıq" ASC ilə birgə təşkil olunacaq.

Fevralın 8-də saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.