04 may 2022 11:21
861

“Twitter” pullu olacaq?

"Twitter" sosial şəbəkəsi ictimai və kommersiya istifadəçiləri üçün ödənişli ola bilər. Bunu “Twitter”i satın alan sahibkar İlon Mask deyib.

Mask öz mikrobloqunda “Twitter”in adi istifadəçilər üçün həmişə pulsuz olacağını yazıb. Kommersiya və dövlət istifadəçiləri üçün kiçik bir ödəniş tətbiq oluna bilər.

Xatırladaq ki, sahibkar bu yaxınlarda “Twitter” mikrobloq platformasını alıb, bunun üçün 44 milyard dollar ödəyib.

Mask, alqı-satqıdan danışarkən, Twitter-in bütün dünyada azad söz məkanına çevriləcəyinə inandığını vurğulayıb.

Nubar Süleymanova, “İki sahil”