04 may 2022 15:36
1350

Yuxudaykən arıqlamaq mümkündür?

İstənilən vaxt kalori yandırmaq və artıq çəkidən xilas olmaq istəyə bilərsiniz, arıqlamaq üçün ciddi pəhrizlər və idman edə bilərsiniz. 

“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, yatarkən də arıqlamaq mümkündür. Gecə ərzində daha çox kalori yandıraraq arıqlaya bilərsiniz.

Yorğan istifadə etmədən yatın

Yumşaq və rahat yorğanlarla yuxuya getmək çox xoş ola bilər. Ancaq yatarkən kalori yandırmaq və arıqlamaq istəyirsinizsə, bunu dərhal dayandırmalısınız.

Bədəninizi isti saxladığınız zaman maddələr mübadiləsi yavaş işləyir. Bu da sizin kökəlməyinizə səbəb olur. Daha sərin otaqda yatmaq və yorğan kimi məhsullardan istifadə etməmək yağları daha qısa müddətdə yandırmağa kömək edəcək.

Yuxu rejimi çox önəmlidir

Arıqlamaq üçün düzgün yuxu cədvəlinə əməl etməlisiniz. Qeyri-müntəzəm və qeyri-kafi yuxu həmişə arıqlamağınızı çətinləşdirir.

Tədqiqatlar göstərir ki, hər gün əlavə bir saat yatmaq gündəlik kalori istehlakını məhdudlaşdırır. Yəni gündə 8 saat əvəzinə 9 saat yatmaq daha tez arıqlamağa imkan verir.

Yüksəs proteinli içkilər için

Arıqlamaq istəyən hər bir insan bədənini zorlayaraq çox yemək və ya içmək istəməz. Saatlarla ac qalmaqla və ya çox az yeməklə artıq çəkisindən daha qısa müddətdə xilas ola biləcəyini düşünər. Ancaq uzun müddət ac qalmaq aclıq böhranlarına səbəb olacağı üçün daha çox yemək yeməyə səbəb olacaq.

Bütün bunların qarşısını almaq üçün yatmazdan əvvəl yüksək proteinli içkilər içmək bədəninizi daha çox işlədər. Bu, gecə boyu daha çox kalori yandırmağa kömək edir.

 Ac yatmayın

Daha sürətli arıqlamaq üçün yatmazdan əvvəl bir şey yeməyə üstünlük vermirsiniz. Daha az kalori qəbul etmək arıqlamağa səbəb olsa da, xüsusilə axşam yeməyini atmaq arıqlama prosesinizə mənfi təsir göstərə bilər.

Kalori qəbulunuzu qəfil azaltdığınız zaman, vücudunuz avtomatik olaraq aclıq rejiminə keçir və bədəninizdə qida maddələrini saxlamaq üçün maddələr mübadiləsini aşağı salır. Bu vəziyyətdə yatmazdan əvvəl kiçik qəlyanaltılardan yararlanmaq daha yaxşı olar.