İnsanən ən qayğısız dövrü yəqin ki, uşaqlıq illərdir. Həyatın onun üçün hazırladığı sürprizlərdən xəbərsiz , hər yeri, hər kəsi gözəlik içində görür. Doğulduğu ailənin, valideyinlərinin vəziyyətindən, durumundan asılı olmayaraq ətrafda olanlardan xəbərsiz yaşamaq nə gözəldir. Çünki bu dünyanın “bərkini-boşunu” yaşayana qədər hamımz uşaq olmuşuq.
Necə də fərqli dünyamız olub. Yemək üçün ağlayır, yatmamaq üçün küsür, oynamaq üçün gizlənirdik. Dünyada xəbərsiz olub hər gördüyümüz bizim olsun deyə ağlayırdıq. Qonşu yada ki, məhəllə uşaqları ilə oyanır, bəzən dalaşır, bəzəndə heç nə olmamış kimi oynumuza davam edirdik. Ailədə problem olurdu, ancaq biz onan xəbərsiz idi. Yük olan böyük dərd, nəyin isə fikrini etmək yox idi. Tək fikirləşdiyimiz şey səhər valideyinlərimiz oynamağa icazə vercklərmi, görəsən qonşunun uşağı da gələcəkmi idi. Elə bunlarla yuxuya dalır, səhər qalxanda isə qorxa-qorxa düşündüklərimizi necə deyə biləcəyimiz olurdu ən böyük dərdimiz. Uşaq vaxtı dava etiyimiz uşaqla iki dəqiqə keçməmiş barışırdıq, çünki içimizdə nifrət kin, paxıllıq yox idi. Uşaqlıq günahsız dünyadır. O dünyada yaşamaq cənnətdə yaşamaq kimi bir şeydir. Gözəllik içində olmaq! Və günahsız dünya!
Dünyanı iki yerə bölürlər, mən isə deyərdim ki, dünya üç yerə bölünməlidir. Bunlardan biricisi uşaqlıq olmalıdır. Çünki bunun özü ayrı bir dünyadır. Düzdü bu dünayanın içində yaşasaq da o, aləm sanki dünya ilə arasına səs keçirməz və hər şeyi gözəlliklə, əks etdirən güzgü kimi göstərirdi. İndiki zaman da o vaxt kimi deyildimi?! İndiki pisliklər, paxılıqlar o dövrdəki kimi deyildimi?! Necə də heç bir şeyi başa düşmə bilməmişik. Necə də dünyadan xəbərsiz ,öz dünyamızda yaşamışıq. Amma bu da gözəl idi . Uşaq vaxtı hər kəsi sevirdik. Kimsə bizə nə isə hədiyyə, sovqat, çirinlik verirdi deyə yanlarında durur, masum gözlərimiz ilə gülürdük. Ancaq indi insanları sevmək çox çətin olur. Çünki artıq insanların zahirini deyil, həm də daxilini, yəni hər şeyini – onların kimliyini təsdiqləyən xasiyyətlərini görürük.
Uşaqlıq dünyası-cənnət dünyası, məsumluq siması, sevgi ilə dolu aləm, gözəllik ilə əhatə olunun xəzinələr yeri, xasiyyətləri sərvət kimi yatan, insanlıq abidəsidir. Bu sözlər az olur yaşadığımız məsum uşaqlığımızın yanında. O dövrümüzü bir sətir sözlə izah etmək olmaz. Necə izah edək axı o saflıq xoşbəxtlik dünyamızı?
Yəqin ki, hər kəs tez-tez öz uşaqlıq ilərinə qayıtmaq istəyir. Bilirsiz niyə? Çünki o dünyada insan çiyinlərində ağır yük, böyük məsuliyyət olmurdu. İndiki kimi dərd bizi vaxtsız qocaltmırdı. Sadəcə oyanamaq dərdi çəkirdik. Hərdən fikirləşirəm, nə tez böyüdük biz? Nə tez bu qədər dərdimiz, problemimiz oldu? O dünyanı biz nə vaxt tərk etdik? Həyat bizi nə zaman uşaqlığımızdan ayırıb güzgünün o biri tərəfinə itələdi?
Kaş, indidə uşaqlığımzdakı kimi hər kəs saf ola, kaş, indi də uşaqlığımızın dünyası geri qayıda, kaş, tək dərdimiz qaçmaq, gizlənməyə yer axtarmaq ola. İndi önümüzdə sonunu bilmədiyimiz amma uşaqlıq dünyasından çıxıb üz tutduğumuz bir yol var. Bu yol da bizi uşaqlıqdakı kimi günahsız dünyaya aparır. Ancaq kim nə vaxt çatacağını bilmir. Bilmirik necə yerdi, amma yəqin ki uşaqlığımız kimi bir dünya olmaz, çünki biz də əvvəlki kimi saf uşaqlar deyilik!
Şəfa Yazar
NDU-nun Jurnalistika üzrə ll kurs tələbəsi