KÖŞƏ

Sevinc Azadi

Ermənilərin terrorçu və faşist mahiyyəti dəyişmir

29 oktyabr 2022 02:36
6485

Rusiyada ermənilərin gorbagor Njdenin heykəlindən sonra gəbərmiş Qarabağ separatçılarına abidə qoymaları faşizmə rəğbətin daha bir bariz nümunəsidir

Faşizm deyəndə hər kəsin göz önünə ilk növbədə Adolf Hitler gəlir. Hərçənd bu vəhşi siyasi cərəyan hələ 1922-ci ildə Benito Mussolininin başçılığı ilə İtaliyada yaradılıb. Faşizm ideologiyası antidemokratizmi, rasizmi, şovinizmi, qəddarlığı, amansızlığı təşkil və təbliğ edir. Bütün bunlar cəmiyyətin beyninə və gündəlik həyatına elə yeridilir ki, bu, lazımi anda adi vətəndaşların qeyri-ixtiyari olaraq yaşayış normasına, həyat tərzinə çevrilir. Sözsüz ki, özlərini ən qədim, ən sivil xalq kimi dünyanın gözünə dürtməyə çalışan haylar demokratiya deyib nə qədər hay-küyə bassalar da onlar birmənalı olaraq faşistdirlər. Çünki italyancadan mənası "birlik" olan faşizm elə "yanların" "Miatsum"- "birləşmə" ideologiyası ilə eyni sırada dayanır.

Ermənilərdən fərqli olaraq dünyada elə bir xalq tapmaq çətindir ki, onun ziyalısı, şairi, yazıçısı humanizmi təbliğ etməsin. Amma faşizmi öz iliklərinə yeridən Silva Kaputikyanın "Xəritənin və qəlbin meridianları", M.Şaginyanın "Tarixdə mühüm tarix", S.Ayvazyanın "Erməni taleyi", Z.Balayanın "Ocaq" və digər "yanların" "əsərlərində" erməni xalqının başqa xalqlardan yüksək olması indiyədək təbliğ edilir. Bundan başqa, məgər Z.Balayan 1996-cı ildə çapdan çıxardığı "Ruhumuzun dirçəlişi" kitabında - 13 yaşlı türk uşağının başından, sinəsindən, qarnından dərisini soyduğunu, saata baxıb onun 7 dəqiqəyə öldüyünü, sonra dostu Xaçaturun o uşağın cəsədini doğrayıb itlərə atdığını və bundan sevindiyini, qürurlandığını, ruhunun dirçəldiyini yazmaqla faşist olduğunu etiraf etmirmi?

Daşnakların xislətini  araşdıran dünyanın tanınmış tarixçilərinin, araşdırmaçıların  ermənilər haqqında söylədiklərinin ümumi  mahiyyəti bundan ibarətdir ki,  «yan»lar tarixən  qana susayan, başqalarının torpaqlarına göz dikən,  soykökləri,  milli-mənəvi dəyərləri olmayan, vəhşi toplumdurlar. Güclü dövlətlərin  maraqlarının oyuncağına çevrilən ermənilər dönük olmaqla,  tarixləri saxtalaşdırmaq, başqalarına böhtan atmaq səriştələri, terror hadisələrində iştirakları ilə də məşhurdurlar. İllər öncə İrəvanın mərkəzində erməni faşisti və antisemit, general Njdeyə abidə qoyulması bir daha təsdiq etdi ki, indiki Ermənistanda müxtəlif xalqların nümayəndələrini, həmçinin sovet əsgərlərini məhv etmiş bu cür faşistlərə pərəstişə geniş meydan açılıb. Hazırda Ermənistan faşist abidələrinin sayına görə dünyada ən öndə gedən dövlətlərdən biridir və bu gün Ermənistanda Qaregin Njdeyə həsr olunmuş memorial abidələr, heykəllər, küçə, kənd və meydanlar mövcuddur. Onun şərəfinə xatirə sikkələri kəsilir, bədii və sənədli filmlər çəkilir.

Xatırladaq ki, Rusiyanın bir neçə vilayətində də Qaregin Njdeyə abidə qoyulmuşdu, hətta erməni kilsəsinə onunla bağlı löhvə də vurulmuşdu. O zaman Rusiya daxilindən buna elə də ciddi narazılıq olmadı və bu səbəbdən də ermənilər Rusiyada daha betər əməllər törətməkdə davam edirlər. Rusiyadakı erməni icması hər il Njdenin Vladimirdəki qəbrini nümayişkaranə şəkildə ziyarət edir, erməni faşisti yad edirlər. Hətta, 2013-cü ildə Ermənistanda çəkilmiş “Qaregin Njde” filmi Rusiyada da nümayiş etdirilmişdir. Ancaq bu “qəhrəman”ların alman nasistləri ilə sıx əlaqələri haqqında danılmaz faktlar xarici ölkələrin arxivlərində, həmçinin Rusiyanın özündə də kifayət qədərdır.

Ermənilərin yeni separatçı əməllərinə gəlincə, xəbər verildiyi kimi, bu günlərdə Rusiyanın Kuban vilayətinin Slavyansk şəhərində Qarabağdakı erməni qondarma rejimi uğrunda ölənlərə abidə qoyulub. “Abidə” ermənilərin Surb Sarkis kilsəsinin yaxınlığında inşa edilib. “Xaçkar” adlanan “abidə” erməni memar Sevada Kikanyana məxsusdur. “Abidə” 1989-1994, 2016 və 2020-ci ildə qondarma “arsax” uğrunda ölən separatçılara həsr olunub. Necə olur ki, ermənilər gedib başqa ölkənin ərazisində gəbərmiş separatçılara “abidə” qoyur, amma o vilayətdə bir dənə də olsun rəsmi şəxs buna etiraz etmir?

Ermənilərin Rusiyanın müəyyən ərazilərində bu şəkildə təxribatla məşğul olması səbəbsiz deyil. Vaxtilə erməni lobbisi, erməni kilsəsi ermənilərin sıx yaşadığı Rusiya vilayətlərində faşist əlaltısı, qaniçən Njdeyə heykəl, abidə qoyanda bu addımı atanlar Rusiya hökuməti tərəfindən cəzalandırılmadı, cəza olmayan yerdə isə bu cür hallar daha iyrənc formada təkrarlanır. Belə qənaətə gəlmək olar ki, kimlərsə bu qanunsuzluqlara rəvac verir, onlara şərait yaradır. Ermənilərin etdiyi bütün özbaşınalıqların əsasında cəzasızlıq durur ki, etdikləri əməllərə görə onları heç kəs cəzalandırmır. Həm indiki, həm də keçmiş siyasi rəhbərliyinin əli minlərlə günahsız azərbaycanlının qanına batsa da, bu adamlar cəzasız qalıblar. Bu cəzasızlıq  mühiti də ermənilərin əl-qol atmasına imkan açır. Terrorçu Qurgen Markaryanın «Xidmət zamanı göstərdiyi mərdlik və fədakarlığa» görə ölümündən sonra «İgidliyə görə» medalı ilə təltif edilməsi, ASALA-nın Fransa bölməsinin başçısı Varujan Karapetyana milli qəhrəman adı verilməsi, Hitler Reyxinin generalı, əsas şüarları «Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur», «Türkə qarşı mübarizəsiz bir gün olmamalıdır» olan Njdeyə erməni pərəstişi, eyni zamanda faşizmə sadiqlikdir. Njde kimi qaniçəni qəhrəman adlandırıb, ona abidə qoyulması göstərir ki, terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistanda iqtidarda olanların özləri terrorçudurlar. Bu gün Rusiyanın Kuban vilayətinin Slavyansk şəhərində erməni qondarma rejimi uğrunda ölən separatçıların “Arsax uğurunda həlak olanlar” adlandırılması yolverilməzdir. Bu adamlar Azərbayacanın ərazi bütövlüyünə qəsd edən separatçı tör-töküntülərindən başqa bir şey deyillər.