20 dekabr 2022 18:20
889

Görəsən süni burun necə yaranıb? - FOTO

“Microsoft”un proqram meneceri Benjamin Cabet müxtəlif qoxuları tanıyan smart cihaz hazırlayıb. Süni burun adlanan bu cihaz əslində sadə qaz sensoru, mikrokontroller və süni intellektə malikdir. Aşağıda COVID-19 səbəbilə qoxu hissini itirmiş insanlar üçün hazırlanmış süni burunun necə işlədiyini daha ətraflı izah edəcəyik.

Görəsən süni burun necə yaranıb?

“Microsoft”un proqram meneceri Benjamin Kabet  COVID-19 pandemiyası zamanı çörəyin nə zaman  bişirilməyə hazır olduğunu bildirən bir vasitə tapmaq istəyirdi.  Bunun üçün Kabet  süni intellektdən istifadə edən cihaz yaratmağa qərar verdi. O, hazır qaz sensoru və mikrokontrollerdən istifadə etməklə qoxunun qaz strukturunu yığıb,  bu məlumatlardan süni intellekt modelini hazırlamaq üçün istifadə edə biləcəyinə inanırdı.

Süni burun havadakı qazların konsentrasiyasını qoxu kateqoriyaları ilə əlaqələndirmək üçün neyron şəbəkədən istifadə edir.  İnternet (IoT) platformasına qoşulduqda, bu burun müxtəlif məqsədlər  üçün istifadə edilə bilər: o, qida xarab olduqda və ya havada müəyyən qazların aşkarlanması zamanı  xüsusi xəbərdarlıq sistemi yaratmağa kömək edə bilər. Beləliklə, o, insanları müxtəlif vəziyyətlərdə xəbərdar edə bilər. Məsələn, həm soyuducuda, həm də zəhərli qazlar üçün həyacan siqnalı kimi istifadə edilə bilər. Yaxud iybilmə qabiliyyətini itirmiş insana ətrafdakı qoxuların necə olduğunu izah edə bilər.

Benjamin Kabetin sözlərinə görə,  bu layihəni yaratmazdan əvvəl  o, süni intellektlə tanış deyildi, hətta  bundan çəkinirdi. Xüsusi hazırlanan  “Tech Minute” videosunda Kabe süni burun yaratmaq üçün süni intellektə necə yiyələndiyindən danışır və süni intellektdən necə istifadə edəcəyimiz  barədə  bəzi məsləhətlər verir.

Əslində bu süni burnun işləmə prinsipi heç də çətin deyil.

Sadəcə olaraq, qaz sensorları bir maddənin buraxdığı müxtəlif qazların konsentrasiyasını ölçür. AI modeli bu qazların əsas xassələrini istifadə edərək  onlardan müvafiq qoxunu çıxarmaq üçün istifadə edir. Alınan nəticə istifadəçiyə, onu əlavə təhlil etməsi üçün göndərilir.

Samirə Tağıyeva, “İki sahil”