21 dekabr 2022 18:00
1246

Bu ixtiraların müəllifləri qadınlardır - FOTO

Bu yazıda “zərif məxluq” sayılan qadınlar tərəfindən edilən ixtiraları təqdim edirik.

Kevlar

Kevlar çox yüngül karbon mənşəli və çox güclü tekstil liflərindən ibarət bir materialdır. Kevlardan  bronjiletlərdə, zirehli dəbilqələrdə, paraşüt ipində, yol velosipedlərinin təkərlərində, fiber və ya data kabelləri üçün əlavə güc təmin edən ip və ya gəmiləri bağlamaq üçün istifadə edilən yüngül tros və kompozit konstruksiyalarla əmələ gətirilən lövhələr, borular və ya xüsusi nəqliyyat vasitələrinin gövdəsi və ya qanad konstruksiyalarının hazırlanmasında istifadə olunur. Kevlar  poladdan 5 qat daha güclüdür.  Heç bilirdinizmi ki, bu polimer amerikalı kimyaçı Stefani Kvolekin ixtirasıdır.  1964-cü ildə o, polad kordondan  daha yüngül və güclü bir əvəzedici  hazırlamağa çalışarkən yeniliyə imza atmış oldu.  Komponentləri müəyyən nisbətlərdə qarışdıraraq, o, adi poladdan beş dəfə güclü material əldə etdi.

İlk kompüter alqoritmi

842-ci ildə  məşhur riyaziyyatçı Ada Lavleys kompüterin əsası hesab olunan Babbage cihazı üçün alqoritm yaratmışdır.

Bluetooth və Wi-fi icadı

Heidi Lamar İkinci Dünya müharibəsi zamanı  radio siqnalının torpedalara ötürülmə üsulunu təkmilləşdirməyi təklif etdi. Beləliklə o, nəinki Bluetooth, həmçinin  "həyati əhəmiyyətli" hesab etdiyimiz  Wi-Fi sistemini icad etmişdir.

Avtomobil salonunun qızdırıcısı

1893-cü ildə amerikalı mexanika mühəndisi Marqaret Uilkoks sürücünün əllərini qızdırmaq üçün mühərrikdə  qızdırılan havanı avtomobilin salonuna yönəltməyi təklif etdi.  Həmin il o,  müasir avtomobil isitmə radiatoruna bənzəyən cihazı patentləşdirdi.

Ütü masası

Sarah Boone bir dərzi  olaraq ütüləməni asanlaşdırmağın yollarını axtarırdı. Bunun  üçün o, dar bir taxta götürdü, onu parça ilə örtdü və bu taxtaya birləşən  qatlanan ayaqları əlavə etdi.  Bu, 1892-ci ildə Saraya patent verilən müasir ütü masasının prototipi oldu.

Göz kataraktasın müalicəsi

Avropada yaşayan zənci qadın Patrisiya Basın kəşfi tibb aləmində, xüsusən də cərrahlıqda  əsl inqilab oldu. 1988-ci ildə o, kataraktaları lazerlə əməliyyat etmək  üçün istifadə edilən cihazı patentləşdirdi. Qeyd edək ki,  oftalmoloq bu cihazı 5 il ərzində hazırlayıb.

Videomüşahidə sistemi

1960-ci ldə  tibb bacısı Marie Van Brittan Brown öz evində özünü daha təhlükəsiz hiss etmək üçün dünyada ilk dəfə hərəkət edən videomüşahidə sistemini yaratdi. Bu mürəkkəb qurğu, qapı boyunca yuxarı və aşağı hərəkət edən mühərrik vasitəsilə işləyən kameradan ibarət idi.

Onun yataq otağındakı monitor isə həyəcan düyməsi ilə təchiz olunmuşdu.

Avtomobilin şüşə siləni

Bu gün avtomobillərin ön şüşəsini yağış, qar və çirkdən təmizləyən şüşəsilən fırçanın da ideya müəllifi qadın olub. 1903-cü ilin bir qış günü Mari Anderson Nyu York şəhərini gəzməyə gəlir. O,  sürücünün qarı təmizləmək üçün tez-tez pəncərəni açdığına diqqət edir. Hər dəfə pəncərə açıldıqda isə sərnişinlərin üşüdüyünü görən qadının ağlına gözəl bir fikir gəlir və o, maşının içindən çıxan rezin ülgücün rəsmini çəkməyə  başlayır. Lakin təəssüf  ki,  1903-cü ildə  onun icad etdiyi bu qurğu  patent ala bilmir. O zamanlar nədənsə  ixtira maşın şirkətlərini heç maraqlandırmır.  Onların sözlərinə görə, bu qurğu  sürücünün diqqətini yayındırır.  Bir müddətdən sonra  şüşəsilənlər hər kəs tərəfindən  istifadə  olunsa da  , Anderson ixtirasından pul qazanmadı.

İlk korrektor

İkinci Dünya müharibəsindən sonra qrafit lentə əsaslanan yazı maşınları məşhur idi. Ancaq yazı səhvini düzəltmək üçün ağ boyadan istifadə olunurdu ki,  bu   proses də  uzun çəkirdi. Bankda işləyən Bette Nesmith Graham müxtəlif komponentləri qarışdıraraq nəticədə indi bütün korrektorlarda istifadə olunan kompozisiya əldə etdi.

Kök hüceyrələrinin izolyasiyası

Ann Tsukamoto 1991-ci ildə kök hüceyrələri təcrid etmək üsulunu icad etdi və patentləşdirdi. Bu kəşf sayəsində xərçəng xəstələrinin və otoimmun xəstəliklərin müalicəsi üçün onları transplantasiya etmək mümkün oldu. Baxmayaraq ki, bir çox alimlər  kök hüceyrələrin daha böyük potensiala malik olduğunu iddia etsə də, bunu reallaşdırmaq hələ mümkün deyildi.  Qeyd edək ki, Tsukamoto hazırda kök hüceyrəsinin böyüməsi üzrə başqa bir tədqiqat aparır və yeddidən çox ixtiranın ortaq patentçisidir.

İlk büstqalter

1910-cu ildə Karess Krosbi şənliyə hazırlaşırdı. Qəşəng libas geyinərək o vaxtlar məşhur olan korsetin  bu paltara uyğun olmadığını  görür.  O, iki  əl dəsmalı və bir lent parçası götürərək, sadə sapların və iynənin köməyi ilə 1914-cü ildə  dünyanın ilk büstqalterini yaratdı.

Uşaq bezinin icadı

ABŞ-dan olan bu xanım illərdir bütün uşaqlı ailələrdə istifadə olunan və anaların “xilaskarı ” sayılan uşaq bezlərini kəşf edib. Donovan 1949-cu ildə uşaqları bişməcə olmağa qoymayan “Boaters” adlı bezlərini yaradır.  Sonradan icadını daha da təkmilləşdirərək 1961-ci ildə birdəfəlik uşaq bezləri olan “Pampers”ı yaradır.

Qabyuyan maşın

 Qabyuyan maşını 1886-cı ildə Jozefina Koçrane adlı qadın ixtira edib. Koçrane evində tez-tez ziyafətlər verən varlı qadın idi. Özü isə heç vaxt qab yumurdu. Bunun üçün xüsusi xidmətçiləri vardı. Onun üçün dəyərli olan bu qablar hər dəfə yuyulan vaxtı sınırdı. Koçrane buna çarə tapmaq üçün xüsusi cihazın  lazım olduğunu düşünürdü. Hansı alimə söylədisə, heç kim onun istədiyini ixtira edə bilmədi. Beləcə , bu ixtiranı özü etdi. 1893-cü ildə Çikaqodakı Dünya Sərgisində ixtirasına görə  mükafat belə aldı.

İsitmə sistemi

Macarıstanda doğulmuş biofizik Telkes evlərdə günəş enerjisi ilə isitmə sisteminin ixtiraçısıdır. 1925-ci ildə Amerika vətəndaşlığı alan Telkes Vestinqhaus elektrik şirkətində mühəndis kimi işləyib. Fizika sahəsində bir çox uğurlara imza atan Mariya bu uğurlara görə ölkəsi Macarıstanın sərhədlərini aşa bilib.

Samirə Tağıyeva, “İki sahil”