27 dekabr 2022 14:14
744

12 qadından 102 uşağı var - FOTO

Uqandanın Buqisa şəhərində yaşayan Musa Hasahya adlı kişinin 12 arvadından 102 uşağı var. Övladlarından 568 nəvəsi olan Hasahya, getdikcə böyüyən ailəsinə artıq dözə bilməyəcəyini bildirib.

67 yaşlı Musa Hasahya 102 uşağından sonra daha ata olmaq istəmədiyini bildirib. Musa bunları deyib: “Müəyyən səbəbdən yeni uşaq doğulmasına artıq gücüm çatmır. Bu səbəbdən, həyat yoldaşlarıma ailə planlaşdırılmasına getməyi və doğuma nəzarət həblərindən istifadə etməyi tövsiyə etdim.”

Hasahya 12 otaqlı evdə yaşayır. Övladlarını və nəvələrini görəndə bir-birindən fərqləndirdiyini deyən Hasahya sözlərinə belə davam edib:  “Yaxşı gəlir əldə etdiyim vaxt daha çox qadınlarla evlənərək ailəmi genişləndirmək istədim. Sonra isə işlərim yaxşı getmədi. Qazancım azaldı. 4-dən çox qadınla evlənmək istəyənləri ruhdan salıram. Çünki bu, təsəvvür edə biləcəyinizdən də çətin vəziyyətdir.”

Vüsal Cahanov, “İki sahil”