05 yanvar 2023 18:00
1823

Çərəzlər haqqında inanılmaz faktlar - FOTO

Heç fıstığın paxlalı bitki olduğunu bilirdinizmi? Dünyada nə az, nə çox  10 000-ə yaxın fıstıq növü mövcuddur.

Dünyada zəhərli qoz-fındıq növləridə mövcuddur.  Məsələn, Kaliforniyada yetişən  zəhərli  qoz bəzi hindular tərəfindən  aclıq dövründə yeyilir.

Sincablar müxtəlif qidalar yığmağı sevən heyvanlardır. Onlar  xüsusilə qoz-fındıq yığmağı xoşlayırlar. Çox maraqlıdır ki,  bu heyvanlar qoz-fındıqları harada gizlətdiklərini nədənsə  unudurlar. Məhz onların sayəsində  dünyada hər il 10 mindən çox ağac böyüyür.

Arxeoloqlar 100 min il əvvəl insanların da qoz-fındıq yediyini aşkar ediblər.  Hətta onlar tərəfindən  qoz-fındıqları qırmaq üçün istifadə edilən xüsusi alətlər də tapılıb.

Qoz suyu  arıqlamağa yardımçı olur. İçərisindəki protein bədəndəki yağların əridilməsi prosesini  sürətləndirir və beləliklə, arzuedilməz yerlərdəki yağın toplanmasının qarşısını alır.  Metabolizmi sürətləndirdiyi üçün çəki atmaq istəyənlərin hər gün bir stəkan qoz suyu içməsi məsləhətdir.

Qafqazda  qoz müqəddəs sayılır. Burada  400 ildən çox yaşı olan ağaclar var.

Qoz-fındığı gündəlik menyunuzdan əskik etməyin.Bu çərəzlərdə olan   vitaminlər həm mədə-bağırsaq sisteminə, ümumiyyətlə, orqanizmə xeyirdir, eyni zamanda, kalorili olduğundan iştahanı küsdürür və sizi axşam çox yemək problemindən azad edir. ABŞ alimlərinin apardığı   tədqiqatlar nəticəsində məlum olub ki,  qoz, fındıq ləpəsi, hətta günəbaxan tumu insanı bəd xassəli şişlərdən qoruyur.  Alimlərin dediklərinə görə, bu çərəzlərlə qidalanan insanlar xərçəng xəstəliyinə ümumi normadan 2-3 dəfə az tutulurlar.

Qədim Şərqdə  insanlar qozun  insan beyninə bənzər bir görünüşə sahib olması səbəbindən  onları  daha ağıllı  edəcəyinə inanırdılar.  

Seyşel adalarında “Seyşel adaları” adlanan adi  qoz  növü yetişir.  Belə bir qozun çəkisi 30 kq-a qədər ola bilər. Yeri gəlmişkən, bu meyvə təxminən 10 il  ərzində yetişir.

Fındığın tərkibində protonosiyanidinlər, kersetin və kaemferol kimi maddələr var. Bu proantosiyaninlər flavonoidlər qrupuna aiddir. Flavonoidlər isə beyin sağlamlığı üçün faydalıdır. Eyni zamanda, triptofan və izolosin amin turşuları ilə zəngin olduğu üçün zehni və psixoloji olaraq da insana müsbət təsir edir.

Əvvəl insanlar  davamlı olaraq makadamiya qozu  yeyirdilər.  Lakin hazırda onu  yüksək  qiymətinə görə əldə etmək mümkün deyil.   Qeyd edək ki, hər il bu qoz növündən  40 min tondan çox yetişdirilmir.

Qoz-fındıq növləri içində ən  az kalori  püstədədir. Qeyd edək ki,  30 ədəd püstənin  tərkibində cəmi 100 kkal var.

Qədim zamanlarda musiqi alətləri qozdan hazırlanırdısa,  amuletlər isə fındıqdan düzəldilirdi. Belə amuletlərin məqsədi pis ruhları qorxutmaq idi.

Heç bilirdinizmi ki, keşyu  diş ağrısını  azaltmağa kömək edə bilər?

Yeri gəlmişkən onun dadını hiss etmək üçün  qızartmaq lazımdır.

Fındığın tərkibindəki lif bağırsaq üçün faydalıdır. Bu lif mədə- bağırsaq metobalizmini aktivləşdirir, həzmi asanlaşdırır.

Sidr qozu  həqiqətən çox  faydalıdır. Hələ qədim zamanlardan bəri  bu qozdan insanların rifahını yaxşılaşdırmaq üçün istifadə olunurdu.

İnsanın doyması üçün  cəmi 400 qram qoz kifayətdir. Lakin  belə bir miqdar insan orqanizminə zərər verə bilər.

Hər il  bir ağacda  təxminən 300-500 kq qoz yetişə bilər.

Aktivləşdirilmiş kömürün qoz qabığından hazırlandığını bilirdinizmi?

Samirə Tağıyeva, “İki sahil”