ABŞ-nin multimedia şirkəti “Netflix”in işində fasilələr yaranıb.
“İki sahil” xəbər verir ki, bu barədə məşhur internet resurslarının işini izləyən “Downdetector portalı yazıb.
Portal bildirir ki, 1,8 minə yaxın istifadəçi “Netflix”in işindən şikayət edib.
İstifadəçilərin 67%-i saytda nasazlıqlar olduğunu, 25%-i videoya baxarkən çətinliklə üzləşdiyini, daha 9%-i isə xidmət proqramına daxil olmaqda problem yarandığını bildirib.