07 mart 2023 00:58
483

Müasir dünyanın texnologiya birincisi kimdir?

Avstraliya Strateji Siyasət İnstitutu Vaşinqton və Pekinin ən mühüm elm tutumlu sahələrdə əldə etdiyi nailiyyətləri müqayisə edib. Onun çıxardığı nəticə belədir: ABŞ texnoloji yarışda artıq Çinə uduzub.

Çin öyrənilən 44 sahədən 37-də ABŞ-ı xeyli qabaqlayır. Onların arasında hipersəs, elektrik mühərriklərinin və batareyalarının yaradılması, 5G və 6G rabitəsi, hidrogen enerjisi, robot texnikası, sintetik biologiya və bir çox başqaları var. Üstəlik, hesabat qondarma “Qərb demokratiyaları” üçün həyəcan siqnalı kimi təqdim olunur.

Amerika Dövlət Departamenti nə üçün gerilədiyini başa düşmək üçün tədqiqatlara başlanılmasına pul ayırsa da bununla belə, geriləmə göründüyü kimi, çox böyükdür. Bu, təkcə mülki sənayeyə deyil, həm də Çin müdafiə sənayesinin potensialına təsir edir.

Dron donanmalarını idarə etmək baxımından Pekin digərlərini də qabaqlayır. İHA-lar vahid orqanizm kimi ahəngdar işləyir. Buna Pekində bir parad nümunə ola bilər. Mütəxəssislər bildirirlər ki, çinlilərin təkcə radio ilə idarə olunan texnologiyaya xüsusi sevgisi yoxdur. Pekinin strategiyası müasir hərbi münaqişələrin təhlili ilə şərtlənir.

Çin rusiyalı mütəxəssislərlə əməkdaşlıq da daxil olmaqla, pilotsuz nəqliyyat vasitələri sahəsində irəliləyişə nail ola bilib.

Nubar Süleymanova, “İki sahil”