08 mart 2023 01:37
496

Dünyanın ən qədim kompüterinin sirləri açıqlanıb

Dalğıclar Yunanıstanın Antikitera adasında yüz iyirmi il əvvəl batan gəmi aşkar ediblər. Onların tapdıqları bu gəmi bizim bəşər tarixi haqqında anlayışımızı dəyişdi. Əsrarəngiz Antikitera Mexanizmi o vaxtdan bəri arxeoloqların, riyaziyyatçıların və elm adamlarının marağına səbəb olub. İndi, ən son 3D rentgen və modelləşdirmə texnologiyasından istifadə edərək, mütəxəssislər bu maşının nəyə qadir ola biləcəyinin sirlərini açır. Tapılan xəzinələr arasında mərmər heykəllər, zərif vazalar, parıldayan zərgərlik əşyaları,qədim sikkələr və heç kimin nə işə yaradığını bilmədiyi korroziyaya uğramış metal parçası kimi görünən əşyalar var idi.

“Kəşf ediləndə heç maraqlı bir şey kimi görünmürdü, sadəcə böyük lüğət ölçüsündə korroziyaya uğramış metal bir parça idi” - deyə professor Tony Fleeth qeyd edib. Lakin 1902-ci ildə onun içərisində dişli çarxlar olduğu aşkar edildikdə, hamı heyrətləndi. Bu, şok idi, çünki qədim Yunanıstandan gələn hər hansı bir əşyada dişli təkərlər olmamalıdır. Bunlar təxminən bir millimetr uzunluğunda həssas dişli çarxlar idi. Hansı ki, bizim üçün gözlənilməz hadisədir. Bu ithaf hesablama maşınıdır və kosmosun dövrlərini hesablamaq üçün bürüncdişli çarxlardan istifadə edir - bu vasitə ilə siz Günəşin, Ayın və planetlərin 10 il sonra harada olduğunu bilə bilərsiniz. Qədim yunanların niyə belə bir cihazı yaratması sualı onun kəşfindən bəri mütəxəssisləri düşündürür. Bu, elm və texnologiya tarixində irəliyə doğru böyük bir addımdır. Biz bunu hal-hazırda təbii qəbul edə bilərik, lakin o günlərdə elmi nəzəriyyələrin və proqnozlarınızın mexanikləşdirilə biləcəyi fikri tamamilə heyrətləndirici idi. Hazırda Yunanıstanda muzeydə saxlanılan bu 2000 illik cihaz 82 fraqmentə bölünüb və onun çox hissəsi itib. Burada qədim yunan dilində bu cihazın necə işlədiyini izah edən minlərlə mətn simvolu var. Bu maşın yunan kosmosunu, günəşi, ayı və planetləri bir növ halqa sistemində nümayiş etdirirdi.

Artur Klark deyirdi ki, əgər qədim yunanlar yaratdıqları texnologiyanın imkanlarını başa düşsəydilər, onlar 300 il ərzində Aya çatacaqdılar.

Bu gün yaşadığımız texnoloji dünyanı anlamaq üçün onun tarixini başa düşməliyik. Antikitera mexanizmi bizə sübut etdi ki, tarix düşündüyümüzdən fərqli imiş.

Nazənin Xalıqverdiyeva,
“Azərbaycan Universiteti”