Antarktida ətrafındakı buz sahələri fəlakətli sürətlə əriyir. Bu il artıq buz örtüyünün azalması üzrə üçüncü antirekord qeydə alınıb. “The Guardian”ın məlumatına görə, fevralın 25-nə qədər buzun sahəsi 1,79 milyon kvadratmetrə qədər azalıb.
"Hər yerdə daha az buz görürük. Bu, qütb dövranı ilə bağlı bir hadisədir",-deyə Tasmaniya Universitetinin Antarktika dəniz buzları üzrə mütəxəssisi Uill Hobbs bildirib.
Buzun kəskin əriməsi dünya okeanlarının səviyyəsinin eyni dərəcədə kəskin artmasına səbəb ola bilər. Xüsusilə narahatlıq doğuran məqam Amundsen dənizindəki “Qiyamət buzlaqı” kimi tanınan “Tueytsa” buzlağıdır. “İnterfaks” yazır ki, o, ərisə, Dünya Okeanı yarım metr qalxa bilər.
Ümumilikdə, buzlu qitə qurşağı 44 illik peyk müşahidələrinə əsasən minimum həddə çatıb. Antarktidanın buz halqasının incəlməsi fırtınaların buz rəflərinə təsirini artırır.
Yeni Cənubi Uels Universitetinin okeanoloqu və iqlimşünası Matt İnqland "Biz bu həssas buz rəflərinin olduğu yerlərdə dəniz buzunu itirmək istəmirik", -deyə bildirib.
Monaş Universitetinin klimatoloqu Arian Pariçin sözlərinə görə, Cənub Qütbündə dəniz buzunun azalması qlobal istiləşməni nəzərdə tutan bütün iqlim modellərinə uyğundur və bununla bağlı geniş konsensus var.
"Antarktida uzaq görünə bilər, lakin oradakı dəyişikliklər qlobal iqlimə təsir edə bilər və buz təbəqələrinin əriməsi bütün dünyada sahil icmalarına ciddi təsir göstərəcək”, -deyə o bildirib.
Nubar Süleymanova, “İki sahil”