10 mart 2023 01:58
1218

Həyatımızı bəzəyən minerallar...

Latın dilindən tərcümədə "mineral" sözü - filiz deməkdir. Mineral sözü müxtəlif mənalarda işlənir. Məsələn, geoloqlar üçün bir mineral geoloji proseslərin təbii məhsulu olan süxurların, filizlərin, meteoritlərin tərkibinə və quruluşuna görə homogen olan bir hissəsidir.

Bir çoxları səhv olaraq almazın rəngsiz olduğunu hesab edirlər. Əslində isə almazın rəng palitrası istənilən digər qiymətli daşın rəng çalarından daha  çoxdur. Lakin bizim günümüzdə əksər almazlar öz xalis rənglərini əks etdirmirlər. Bir çox daşları süni şəkildə rəngləyirlər. Bu, onların nadir olmaları ilə izah olunur.

Mineralogiya mineralları öyrənən elmdir.

Planetdə insana məlum olan 5000-ə yaxın mineral var.

Heç bilirdinizmi ki, Qədim yunanlar ametistdən hazırlanmış qablardan alkoqollu içkilər içməyin sərxoşluğun qarşısını alacağına inanırdılar?

Planetdəki ən bahalı mineral hələ də 1 karat qiymətinin 30.000 dollar civarında dəyişdiyi qırmızı almazdır. O,  həm də ən nadir minerallar sırasına daxildir. Bəşəriyyət tarixində  almaz mədənində yalnız  100 ədəd tapılıb.  Demək olar ki, bütün nümunələr Avstraliyanın “Argyle” mədənindən çıxarılıb.

Moosa şkalası (mineralların sərtlik şkalası) icad edilənə qədər qiymətli daşlar rənglərinə görə müəyyən olunurdu. Beləliklə, bütün yaşıl daşlar zümrüd, qırmızı daşlar isə rubin hesab olunurdu və s.

Yaqut və sapfir tərkiblərinə görə eyni mineraldır. Onlara korund deyilir. Bu mineralların  əsas fərqi rəngdir. Onların  əsas xüsusiyyəti həddindən artıq sərtliyidir ki, (bu göstəricidə yalnız almaz onu qabaqlayır), bu da onu qiymətli daşların istehsalı üçün ideal edir. Qırmızı və mavi ilə yanaşı, digər rənglərdədə ola bilər. Məsələn, indiqo sapfirləri (tünd bənövşəyi), xlorosapfirlər (yaşılın açıq və tünd çalarları).

Aleksandrit İmperator II Aleksandrın şərəfinə belə adlandırılıb.

və ən nadir daşlardan biri sayılmaqdadır. O, həmçinin rəngini dəyişə bilməsi ilə məşhurdur. Məsələn, gün işığında və ya flüoresan işıqlandırma  zamanı aleksandrit zümrüdü yaşıl rəngə çalır. Lakin ona lampa işığı altında  baxsanız görəcəksiniz ki, onun  rəngi qəhvəyi  rəngdən  bənövşəyi rəngə dəyişəcək.

Hər bir insan müntəzəm olaraq NaCl qəbul edir.  NaCl hər gün istifadə etdiyimiz  süfrə duzunun əsas hissəsidir. Natrium xlorid insanlar tərəfindən birbaşa qəbul edilən yeganə mineraldır. Təbiətdə NaCl  qaya duzu şəklində olur.

Sadə karandaşın özəyi qrafitdən hazırlanır. Qrafit laylı quruluşa malik təbii mineraldır. O, altıbucaqlı formalı karbon atomlarından ibarətdir. Mohs şkalası üzrə qrafitin sərtliyi 1-dir ki, bu da minerallar arasında ən aşağı sərtlikdir.

Həm almaz, həm də qrafit yalnız bir elementdən - karbondan ibarətdir. Ancaq birincisi dünyanın ən sərt mineralıdır, ikincisi isə ən yumşağıdır. Sən demə  hər şey kristal qəfəsdən asılıdır.Qrafitin kristal qəfəsi laylı quruluşa malikdir, qonşu təbəqələr bir-biri ilə nisbətən zəif birləşmişdir. Bu səbəbdən qrafit yumşaqdır. Bir almazın kristal qəfəsində bütün atomlar bir-birinə möhkəm bağlı olduğuna görə görə isə inanılmaz sərtliyə malikdir.

Kalium planetdəki ən faydalı minerallardan biridir. Potas kalium karbonatın (K2CO3) ümumi adıdır. Bütün dünyada təsərrüfatlarda istifadə olunan gübrələrin əsas və əvəzedilməz tərkib hissəsidir.

Oksigen (O2), Silikon (Si), Alüminium (Al), Dəmir (Fe), Maqnezium (Mg), Kalsium (Ca), Natrium (Na) və Kalium (K)  yer qabığının ümumi çəkisinin təxminən 98%-ni təşkil edir.

Sirkon planetin  ən qədim mineralları sırasına daxildir.  Ən qədim sirkonun yaşı təxminən 4,4 milyard ildir.

Çıxarılan almazların əksəriyyəti zərgərlikdə istifadə olunmur. Dünyada hasil edilən bütün almazların təxminən 90%-i sənayedə istifadə olunur (bıçaqlar, buruqlar, kəsicilər, disklər və s. hazırlanır). Onlardan  yalnız 10%-ı zərgərlik istehsalına düşür.

Yer üzündə ən nadir minerallardan biri - qırmızı zümrüd yalnız kiçik bir Amerika şəhərində çıxarılır.

Ən sıx mineral  iridiumdur. Sıxlığı 22,8 q/sm3-dir (digər mineralların əksəriyyətinin sıxlığı 2 ilə 55 q/sm3 arasındadır).

Yaddaşın sərtləşdirilmiş poladdan 2 dəfə daha davamlı olduğunu bilirdinizmi?

Kəhrəba  daşı hələ qədim zamanlardan bir çox xəstəliklərin müalicə daşı kimi tanınıb. Hal-hazırda da təbabətdə bu daşdan geniş istifadə olunur. Kəhrəba baş və diş ağrılarını götürür, ürəyin fəaliyyətini yaxşılaşdırır, orqanizmi maqnit dalğalarından qoruyur. Bu daşın qana təsiri olduqca müsbətdir.

Kəhrəbada yodun miqdarı çox olduğundan o qalxanabənzər vəzin müalicəsində və profilaktikasında geniş istifadə olunur.

Bu qiymətli daş şiş xəstəlikləri üçün də faydalıdır. Kəhrəba daşı maddələr mübadiləsini normallaşdırmaqla yanaşı böyrək və bağırsaqların fəaliyyətini də yaxşılaşdırır.

Hindistanda mərmərin dünya ilə tanrılar dünyası arasında körpü rolunu oynayan sehrli bir daş olduğuna dair bir inanc var.  Məhz buna görə də bu ölkədə mərmərdən  ən çox müxtəlif heykəlciklər hazırlanır( daha çox tanrıların heykəlləri)

Ən yumşaq mineral dırnaqla asanlıqla cızılan talkdır.

Yer kürəsində ən  ən çox yayılmış mineral kvarsdır.

Bəzi minerallar şorit və torbernit daxil olmaqla radiasiya yayır.

Qranitdən hazırlanmış konstruksiyalar min illərlə uğurla dayana bilər. Bunun səbəbi bu mineralın atmosfer yağıntılarına qarşı yüksək müqavimətidir.

Yalnız bir kimyəvi elementi olan tək qiymətli daş almazdır.

Lakin zəif radioaktiv radiasiyaya məruz qalsa, yenidən parlaq olacaq.

Nadir mineral mavi granat ilk dəfə yalnız 1990-cı ildə tapılıb.

Bu gün ən məşhur minerallardan biri olan  lityumdan  əsasən batareyalar hazırlanır. Onların istehsalının daha çox  Əfqanıstan ərazisində həyata keçirilir.

Yağın da bir mineral olduğunu bilirdinizmi?

Kvarts əsasən  şüşə istehsalında istifadə olunur. Çox maraqlıdır ki, zərgərlikdə  istifadə olunan ametist, rauçtopaz və sitrin kimi məşhur daşlar kvartsın növləridir.

Ən qiymətli mərmər İtaliyanın  Karrara şəhərində çıxarılır. Yerli karxanalar hər il bu daşın təxminən 1 milyon tonunu səthə çıxarır.

Bəzi minerallar çox təhlükəlidir. Məsələn, çaroit mineralı  çox radioaktivdir.

Dünyada xüsusi bir mineral növü var ki, onu yalnız qarışqa yuvalarının yaxınlığında tapmaq olar. Qarışqalar yuvanı düzəldən zaman bu kristalları yuxarı atırlar.  Qeyd edək ki, bu qarışqalar ABŞ-da “4 künc” adlandırılan yerdə yaşayırlar.

Sən demə, əsl zümrüd brilyantdan da bahadır.

Samirə Tağıyeva, “İki sahil”