Sudanda işləyən Polşa arxeoloji missiyası heroqliflərlə həkk olunmuş qədim daş bloklar aşkar edibl’r. Bu əsərlərlə tanış olmaq və mətnləri deşifrə etmək Köhnə Donqola şəhərinin və qədim Misir hökmdarlarını əvəz edən güclü Makuriya krallığının tarixini yenidən yaza bilər.
“Nauka w Polsce” tarixi yenidən yaza biləcək bu kəşfdən danışır. Sudanın qədim şəhəri olan Köhnə Donqolda aparılan qazıntılar zamanı heroqliflərlə örtülmüş qumdaşı blokları aşkar edilib. Artıq ilkin hesablama onların eramızdan əvvəl I minilliyin birinci yarısına aid olduğunu göstərdi.
Bu o deməkdir ki, şəhərin özünün tarixi avtomatik olaraq bütöv bir minillik geriyə çəkilə bilər. Məsələ burasındadır ki, indiyədək bu arxeoloji sahənin ərazisində tapılan ən qədim xarabalıqlar eramızın V əsrinə aid tikililər olub. Köhnə Donqola, 5-ci əsrdən 14-cü əsrə qədər Nil Deltasında geniş əraziyə nəzarət edən güclü Makuriya krallığının paytaxtı idi. Sonradan onu qədim Misir dövləti əvəz etdi.
Alimlər heroqliflərin qədim Misirə aid olduğunu çox yazıblar. Bundan əlavə, daşlar Qədim Misir mədəniyyətinə xas olan fiqurların təsvirləri ilə bəzədilib. Misirşünas David F. Veçorek bildirdi ki, bu bloklar ehtimal ki, firon məbədinin elementləridir.
"Hazırda bu materialın yerli olub-olmadığını, yoxsa başqa yerdən gətirildiyini dəqiq müəyyən etmək mümkün deyil”,-deyə o bildirib. "Bununla belə, təəccüblüdür ki, bu blokların çox olması göstərir ki, elə bil onlar eyni məbəddən çıxarılıb”.
Alimin sözlərinə görə, bu günə qədər arxeoloqlar artıq ağ qumdaşıdan 100-ə yaxın blok aşkar ediblər. Düzdür, onların heç də hamısı yazı və rəsmlərlə bəzədilməyib. Blokların çoxu qalada deyil, orta əsr evlərinin xarabalıqlarında tapılıb. Bunlardan təkcə divarlar deyil, döşəmələr də ucaldılıb.
İndiyə qədər Köhnə Donqola şəhərinin eramızın V əsrində qurulduğuna inanılırdı. Lakin yeni tapıntılar işığında alimlər bu yerin məskunlaşma tarixinə yenidən baxmağı planlaşdırırlar. Tədqiqat başa çatdıqdan sonra qədim şəhər daha min il “qədimiləşə” bilər.
Nubar Süleymanova, “iki sahil”