13 mart 2023 14:16
526

Bədəndəki çatları yox edəcək vasitələr

Bədən çatları əksər xanımların problem etdiyi ciddi mövzulardan biridir.

"İki sahil" xarici mətbuata istinadən xəbər verir ki, təbii yağlar vasitəsilə bunun qarşısını ala bilərsiniz.

Kakao yağı:  Nəmləndirici olaraq kakao yağı istifadə edin. Daimi istifadə çatların qarşısını alacaq.

Aloe Vera: Aloe Vera dəri yeniləyici xüsusiyyətiylə bilinən bitkilərdən biridir. Hüceyrələri yeniləyən aloe çatlarla mübarizədə də ən yaxşı üsullardan sayılır.

E Vitamini: E vitamini dərini yeniləyici xüsusiyyətə sahibdir. E vitamini serumu və ya E vitaminli sabunu hər gün çat olan bölgəyə tətbiq edin. Zamanla təsirini hiss edəcəksiniz.

Lavanda yağı: Sakitləşdirici təsirinə görə seçilən lavanda yağının digər bacarığı da çatların müalicəsində istifadə olmasıdır. Çatların olduğu bölgəyə hər gün masaj edərək tətbiq edin. Təsirini qısa müddətdə hiss edəcəksiniz.