13 mart 2023 21:53
618

Metroda üç cütlük evləndi

Ötən gecə Moskva metrosunun "Mayakovskaya" stansiyasında üç cütlük ailə həyatı qurub.

“İki sahil” xəbər verir ki, bu barədə şəhərin Nəqliyyat Departamenti məlumat yayıb.

Sərnişinləri narahat etməmək üçün mərasimlər gecə saatlarında keçirilib.

Qurumdan bildirilib ki, cütlüklərdən biri şair Vladimir Mayakovskinin yaradıcılığına olan sevgilərinə görə nikah üçün qeyd olunan stansiyanı seçib. Məlumata görə, metroda mərasimlər Moskvanın qeydiyyat şöbələri ilə əməkdaşlıq çərçivəsində standart protokol əsasında həyata keçirilib.