15 mart 2023 03:43
699

Şirniyyatı sevirəm,  amma kökəlmək də istəmirəm...

Çoxlarının qida rasionunun ayrılmaz hissəsi şirniyyatdır. Son dövrlərdə şirniyyatlar əleyhinə nə qədər mənfi fikirlər söylənilsə də, unutmayaq ki, şəkər də insan orqanizmi üçün  vacibdir.

Birincisi, şəkər bütün bədən üçün əvəzolunmaz olan qlükoza ehtiva edir. İkincisi, bu cür məhsulların istifadəsi səbəbindən bədən əhval -ruhiyyəni tənzimləyən, yuxu, iştaha və fəaliyyətdən məsul olan digər hormonların istehsalına kömək edən serotonin istehsal edir.

Alimlər sübut ediblər ki, bir çox insanlar  pəhriz zamanı şirniyyatlardan tamamilə imtina edilməsinin yalnız lazımsız deyil, həm də belə bir məhdudiyyətin bədənə zərər verə biləcəyini bilmir.  Bu, təbiidir, çünki bədən stress altındadır və ciddi vəziyyəti zərifliklə kompensasiya etməyə çalışır. Tibb elmi sübut etdi ki, kifayət qədər qlükoza almayan insanlar ağır depressiya formalarından daha çox əziyyət çəkirlər. Bu zaman çox maraqlı sual yaranır. Bəs görəsən pəhriz zamanı hansı  şəkərəvəzedicilərdən istifadə etməli? 

Acı şokolad

Şokoladın tərkibində kakao çox, şəkər isə az olarsa, faydaları bir o qədər çox olar.  Əsasən də pəhrizdə olan insanlar üçün  faydalı olan acı  şokoladın tərkibində kakaonun miqdarı 70% və bundan çox olmalıdır. Kakao paxlası öz növbəsində  pəhriz lifi və maqneziumla zəngindir. Pəhriz zamanı bir çox insanlar depressiyaya düşürlər. Alimlər sübut ediblər ki, pəhriz zamanı  acı şokoladdan istifadə edən insanlarda bu hallar daha az müşahidə olunur. Çünki  kakao tozunun tərkibində stresi aradan qaldıran endorfinlər, yəni  əhvalı yüksəldən bir çox maddələr var. Həmçinin şokoladın tərkibində kannabinoid adlı maddə də var ki, bu maddə də  əhval-ruhiyyəmizə müsbət    təsir edir.

Marmelad

Marmeladın tərkibində təxminən  320 kcal kalori miqdarı var. Keyfiyyətli marmelad C vitamini və pektin ilə zəngindir. Marmelad,  eyni zamanda, qaraciyərin, həzm sisteminin daha yaxşı  işləməsinə, saçları möhkəmləndirməyə, xolesterinin miqdarını azaltmağa kömək edir.

Bal

Təbii balın tərkibində şəkərdə olduğu qədər kalori vardır. Lakin o, şəkərdən şirindir. Şəkəri balla əvəz etdikdə ondan 2 dəfə az miqdarda götürmək lazımdır. Bundan başqa balın tərkibində orqanizm üçün vacib olan vitamin, mineral və amin turşuları var. 100q balın tərkibində sutkalıq maqnezium, manqan və dəmir var.

Hematogen

Tərkibində qara albumin var. Hematogen dəmir amin turşuları, vitaminlər və karbohidratlar çatışmazlığını kompensasiya edərək  əhval-ruhiyyəni yaxşılaşdırır, enerji və güc verir, zehni və fiziki fəaliyyəti artırır. Həmçinin idman qidasına əlavə olunan amin turşusu olan L-karnitin sayəsində yağ yandırmağa kömək edir. 50 qramlıqlıq bir ədəd hematogendə  yalnız 149 kkal var. Bu desert hər bir pəhriz menyusuna əlavə oluna bilər.  Əsasən  hematogen şəkərli diabet, karbohidrat mübadiləsinin pozulması və bəzi digər xəstəliklərdə istifadə oluna bilər.

Zefir

Təbii zefir qida boyaları, dadlandırıcılar və əlavələr olmadan hazırlanır. Onun tərkibində meyvə püresi, yumurtanın ağı, dietik şəkər, pektin və ya jelatin kimi təbii qatılaşdırıcılar var. Pektin yağ hüceyrələrinin yanmasını sürətləndirir və qanda xolesterinin səviyyəsini aşağı salır.  Zefir maddələr mübadiləsini normallaşdırır və faydalı elementlərin, xüsusilə yod, dəmir və fosfor çatışmazlığını doldurur. Dietoloqlar gündə 2-3 zefir yeməyi məsləhət görürlər.

Halva

Halva pəhriz məhsulu hesab olunur. Tərkibində yaxşı həzm oluna bilən  bitki yağları və lif var. Pəhriz saxlayanlar  üçün   məhsulun gündəlik  norması cəmi 30 qramdır. Halvada da, həmçinin  yaddaş, görmə və ürəyin fəaliyyətinə müsbət təsir göstərən  A, B, E vitaminləri var.

Qurudulmuş meyvələr

Tərkibində bir çox qiymətli vitaminlər və antioksidantlar olan quru meyvələr  yaddaşı yaxşılaşdırır, yorğunluğu götürür və əsəbləri nəzarətdə saxlayır. Bununla yanaşı azkalorili və faydalıdır. Qurudulmuş meyvələr, həmçinin sürətli karbohidratların, liflərin, üzvi turşuların, vitaminlərin, pektinlərin, mikroelementlərin (kalsium, dəmir, xrom, kalium, maqnezium və s.) təbii mənbəyidir. Qurudulmuş meyvələr qan dövranının, ürəyin, beynin işini normallaşdırır, həzmi yaxşılaşdırır. Bədənimizdə toplanan artıq  şlaklardan qurtulmağa kömək edərək pis xolesterolu azaldır.  Pəhriz zamanı istifadə olunan  qurudulmuş meyvələr siyahısında gavalı birinci yeri tutur.

Qoz-fındıq

Fındıq əla protein mənbəyidir.  Tərkibində çoxlu dəmir, yağ turşuları, sink, maqnezium və E vitamini var. Onlar xolesterini aşağı salır, ürəyin fəaliyyətini normallaşdırır, qan damarlarını təmizləyir. Tərkibində çoxlu miqdarda yodun olmasına görə qoz-fındıq qalxanvari vəz xəstəlikləri olanlar üçün də çox xeyirlidir. Onunla qidalanmaq mübadilə proseslərini və qaraciyərin fəaliyyətini yaxşılaşdırır, fiziki gücü artırır, əzələlərə müsbət təsir göstərir.

Elmi araşdırmalar sübut edib ki, 1 ovuc çərəzin gündəlik istehlakı arıqlamağa kömək edir. Çərəzlər iştahanı azaldır, insanı uzun müddət  tox saxlayır.

Pastila

Marmeladın digər növü olan pastilanı da istədiyiniz qədər yeyə bilərsiniz. O  çox faydalıdır və  ağır metal duzlarını orqanizmdən çıxarır.

Samirə Tağıyeva, “İki sahil”