16 mart 2023 02:37
393

Stress insandan insana “ötürülə” bilərmi?

Stress hər kəsin həyatının bir nöqtəsində yaşadığı şeydir. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə stress fiziki, emosional və ya psixoloji dəyişikliyə səbəb olan hər hansı bir hal kimi müəyyən edilə bilər.

Stresə başqasından yoluxmaq olur?

2014-cü ildə alimlər stresin yoluxucu ola biləcəyini irəli sürdülər. Müəlliflər yazırdılar ki, sadəcə olaraq başqa bir insanı stresli vəziyyətdə müşahidə etmək bizim bədənimizdə stresə cavab verən hormon olan kortizol istehsal etməsinə səbəb ola bilər. Tədqiqatçılar təklif ediblər ki, “empatik stress” adlandırılan bu fenomen, ümumiyyətlə, sevilən və ya yaxın dostunu sıxıntı içində görəndə daha çox rast gəlinir, lakin bu, yad bir insanı sıxıntı içində görəndə də baş verə bilər.

Emosiya “virusu”

“Current Biology” jurnalında 2013-cü ildə edilən araşdırmaya görə, duyğular bir insandan digərinə "güzgü neyronları" vasitəsilə ötürülə bilər. Beyin hüceyrələrimiz var ki, kiminsə əsnəmək kimi müəyyən bir hərəkət etdiyini gördükdə “alovlanır” və qarşılıqlı reaksiyaya səbəb olurlar, buna görə də bir insan kiminsə yorğun göründüyünü görsə, o da özünü yorğun hiss etməyə başlaya bilər.

Duyğuların ötürülməsi mühüm bir sağ qalma mexanizmidir. Bu, digər insanlarda təkcə şəxsi problemimizi həll etməyə deyil, həm də bütövlükdə vəziyyəti dəyişdirməyə kömək edə biləcək reaksiyaları aktivləşdirir.

Duyğuların ötürülməsi şüuraltı bir hərəkətdir və yalnız insan təcrübəsi deyil. Digər heyvanlar da öz növünün üzvlərinin duyğularını qəbul edə bilirlər.

Stress insanların çoxunun qaçmağa çalışdığı bir şey olsa da, həm insanlar, həm də heyvanlar üçün mühüm rol oynayır. Bəzən belə bir reaksiya son dərəcə faydalıdır, çünki o, bədənimizi və beynimizi narahat və ya çətin vəziyyətin öhdəsindən gəlməyə hazırlayır. Güclü stress reaksiyası ehtiyatda olan qlükozanı buraxır, ürəyin döyünmə dərəcəsini artırır və həzm kimi funksiyaların yükünü azaldır.

Ancaq təəssüf ki, bu gün ətrafda daha çox narahatlıq var, buna görə də stress reaksiyası çox tez-tez baş verə bilər ki, bu da bədənə və beyinə zərər verə bilər. Bu, xüsusilə təhlükəlidir, çünki elm adamları hələ də stressin yoluxucu olduğu fikrinə inanırlar.

2014-cü ildə aparılan bir araşdırma göstərdi ki, stress altında olan bir adam bütün ofisi “yoluxdura” bilər.

 Stress zamanı vəziyyəti sakit qəbul edin - təmiz havaya çıxın, nəfəs məşqləri edin. Bu, "qərib stres virusunun" təsirini aradan qaldırmağa və ya ən azından azaltmağa kömək edə bilər.

Nubar Süleymanova, “İki sahil”