23 mart 2023 20:24
675

Bu seriala görə kanal cərimələndi

Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) "Kızılcık şerbeti" serialına görə Show TV-ni cərimələyib.

“İki sahil” xəbər verir ki, bu barədə RTÜK məlumat yayıb. Qeyd olunub ki, sözügedən ekran işində qadına şiddət təşviq edilir.

Bu səbəbdən də inzibati pul cəzası və  5 dəfə proqramın yayımını dayandırmaq barədə qərar verilib.