29 mart 2023 03:19
547

Hansı dərmanların birləşməsi ölüm təhlükəsi yaradır?

İstənilən dərman preparatını qutusuna əlavə olunmuş qaydalara və göstərişlərə və həkimin göstərişinə uyğun olaraq ciddi şəkildə qəbul etmək lazımdır. Dərmanın tam işləməsi və yan təsirlərə səbəb olmaması üçün onu necə və nə vaxt qəbul edəcəyinizi və nə ilə birləşdirildiyini bilməlisiniz. "Rusiya 1" kanalında "Ən vacibi haqqında" proqramında Aleksandr Myasnikov dərman preparatlarını necə birləşdirmək barədə danışıb.

Aleksandr Myasnikov bildirib ki, Fransada təyin olunan dərmanlar həmişə əczaçı tərəfindən təkrar yoxlanılır. Hətta Fransada xəstəxanaya yerləşdirilənlərin 10%-nin səbəbi dərmanların yanlış kombinasiyası ilə bağlıdır.

Həkim qeyd edib ki, statinləri (xolesterolu aşağı salan dərmanlar) qreypfrut suyu ilə birgə qəbul etmək olmaz.

"Stent taxılan hər kəsə verdiyimiz qan durulaşdırıcı dərmanlar var. Klopidoqrel qəbul edənlərin 0,3 faizində gen mutasiyası onları öldürür. Yaxud deyək ki, məşhur qan durulaşdırıcı “Warfarin”. Bu dərmanı bir az çox təyin etdikdə qanaxma ola bilər, az olduqda təsir etməyə bilər",-deyə həkim vurğulayıb.

Aleksandr Myasnikov belə nəticəyə gəlib ki, bütün həkim reseptlərini dəqiqləşdirmək çox vacibdir.

"Əgər sizə 3-4-dən çox dərman təyin olunubsa, mütləq həkimdən bir-bir hansının nə üçün olduğunu və qədərini təkrar soruşun", -deyə teleaparıcı bildirib.

Nubar Süleymanova, “İki sahil”