(İvrea, İtaliya)
Festivallar bir ölkəni kəşf etmək üçün əla bir yoldur. Onlar müxtəlif mədəniyyətləri və ənənələri yaşamaq, həmçinin dünyanın hər yerindən insanlarla tanış olmaq imkanı yaradır, həm də zehni sağlamlıq üçün də çox yaxşıdır, çünki stress və narahatlığı aradan qaldırmağa kömək edir.
Belə məşhur festivallardan biri İtaliyanın şimalındakı İvrea şəhərində 3 gün boyunca davam edən “Portağal döyüşləri” festivalıdır. “Portağal döyüşləri”nin necə başladığına dair dəqiq bir məlumat olmasa da, bütün insanların bildiyi tək şey narıncı rəng ənənəvi olaraq protestantlığın rəngidir və güman edilir ki, kimsə hər hansı bir şeyə etiraz etmək üçün italyan kral ailəsinə portağal atıb. Festivalın mənşəyi ilə bağlı digər məşhur bir hekayədə zorla krala verilmək istənilən gənc qızın(Violetta) sonda kralın başını kəsməsindən bəhs edilir. Violetta adlı bu rolu oynamaq üçün hər il bir gənc qız seçilir.
Yüz mindən çox tamaşaçı hər il bu maraqlı festivala şahid olmaq və ona qoşulmaq üçün İvrea şəhərinə səyahət edir. Bu döyüş bəlkə də həm tarixin həm də əyləncənin ən yaxşı “evliliyidir”.
Bu yarışda doqquz komanda olur və hər birinin özünəməxsus hekayəsi və tarixi var. Avropanın pomidor festivallarından fərqli olaraq, “Portağal döyüşləri” düşündüyünüzdən daha şiddətlidir, ona görə də doqquz döyüş komandasından birinin hissəsi olmaq sizin üçün uyğun olmaya bilər. Festivalın ən təhlükəsiz yolu döyüş yolları boyunca quraşdırılmış təhlükəsizlik şəbəkələrinin arxasında gizlənməkdir. Döyüş meydanında dayana bilərsiniz, ancaq böyük portağallardan ehtiyatlı olmağa çalışın.
Festival yaxınlaşdıqca, İvrea şəhərinin sakinləri vaxtlarını panettone və torrone kimi ənənəvi yeməkləri bişirməyə sərf edilər.
Festival zamanı nələrə diqqət etmək lazımdır?
İtaliyada hava adətən ilin bu vaxtında mülayim olur. Yerdəki portağalların arasından keçərkən sürüşməyən rahat ayaqqabılar geyinilir. Festival zamanı atılan portağallardan qorunmaq üçün qırmızı başlıqlardan istifadə edilir. Bu qeyri-döyüşçü olduğunuzu bildirir və qarşı tərəfdən buna uyğun davranılması gözlənilir. Portağalların dəymə ehtimalını nəzərə alan insanlar əsasən nimdaş paltarlar geyinirlər.
Üçüncü gün döyüşlər başa çatdıqdan sonra küçələr təmizlənir, əsas ərazidə parad və şənlik təşkil edilir.
Nəzrin Məmmədzadə,
Azərbaycan Universiteti